Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 May 2025 / 12:43

İran ABŞ-ın uranın zənginləşdirilməsini dayandırmaq tələbini böyük səhv adlandırır

İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ rəsmilərindən İslam Respublikasından uranın zənginləşdirilməsini dayandırmağı tələb edən “boş danışmağı dayandırmağı” istəyib.

Tezadlar.az xəbər verir ki bu barədə İranın ali dini liderinin mətbuat xidməti məlumat yayıb.

“Qarşı tərəfə xəbərdarlıq etmək istərdim. Vasitəçilər vasitəsilə bu danışıqlarda iştirak edən ABŞ nümayəndələri boş-boş danışmamağa çalışırlar. İranı zənginləşdirməyə imkan verməyəcəyinizi söyləmək çox böyük səhvdir. Bizə heç kimin icazəsi lazım deyil. Növbəti dəfə mən İran xalqına niyə uranın zənginləşdirilməsinə bu qədər diqqət ayırdıqlarını, Qərb, ABŞ və digərlərinin niyə İranda zənginləşdirmə prosesinin dayandırılmasında israrlı olduqlarını izah edəcəyəm”, – Xameneinin mətbuat xidməti onun sözlərini sitat gətirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!