Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 May 2025 / 21:13

Aİ Suriyaya qarşı sanksiyaların ləğvinə razılıq verib

Avropa İttifaqı (Aİ) ölkələri Bəşər Əsədin devrilməsindən sonra müharibədən əziyyət çəkən ölkənin bərpasına kömək etmək məqsədilə Suriyaya qarşı iqtisadi sanksiyaların ləğvinə qərar veriblər.

“Tezadlar.az” xəbər verir ki, bu haqda “Al-Jazeera” telekanalı məlumat yayıb.

Məlumata görə, Aİ-nin 27 üzv ölkəsinin səfirləri bu addım üçün ilkin razılaşma əldə ediblər və bu, Brüsseldə xarici işlər nazirlərinin görüşündə rəsmi şəkildə açıqlanacaq.

Xatırladaq ki, ABŞ ötən həftə Dəməşqə qarşı sanksiyaları ləğv edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!