Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 May 2025 / 07:41

Trampın acığına “Azadlıq radiosu”na 5,5 milyon avro ayırdılar ki…

ABŞ rəhbərliyi “Azadlıq Radiosu” ilə bağlı sərt qərar qəbul edəndən sonra məlum oldu ki, Avropa İttifaqı (Aİ) “Azadlıq Radiosu”nu maliyyələşdirəcək və “Aİ-yə qonşu regionlarda” yayımını dəstəkləmək üçün öz büdcəsindən 5,5 milyon avro ayırıb. Tezadlar.az radio rəhbərliyinin ötən axşam yaydığı xüsusi bülleten məlumatına istinadla bildirir ki, bu barədə icmanın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilmiş mətbuat konfransında açıqlayıb. “Nazirlər “Azadlıq Radiosu”nun maliyyələşdirilməsi üçün 5,5 milyon avro ayırmağa razılaşdılar”, – o qeyd edib.

Onun sözlərinə görə, Aİ “Azadlıq Radiosu”nun Aİ-yə qonşu ölkələrdə, həmçinin Şimali Qafqaz və Mərkəzi Asiyada fəaliyyətini davam etdirməsini hədəfləyir.

“Bu, qısamüddətli maliyyələşdirmədir, indi Aİ ölkələri uzunmüddətli maliyyələşdirmə barədə öz aralarında razılıq əldə etməlidirlər”, – Kallas əlavə edib.

Xatırlatma: ABŞ Prezidenti Donald Tramp mart ayının ortalarında Amerika hökumətinin Qlobal Media Agentliyinin (USAGM) və bir sıra digər hökumət qurumlarının fəaliyyət miqyasının əhəmiyyətli dərəcədə azaldılması haqqında fərman imzalamışdı. USAGM o cümlədən “Azad Avropa Radiosu/Azadlıq Radiosu” media korporasiyasına nəzarət edirdi. Artıq bundan sonra radionun yayıçına birbaşa Aİ nəzarət edəcək…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!