Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 May 2025 / 12:08

İran parlamenti Rusiya ilə razılaşma haqqında qanun layihəsini qəbul edib

İran parlamenti Rusiya ilə Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi haqqında qanun layihəsini təsdiqləyib.

Tezadlar.az bu barədə Fars agentliyinə istinadən xəbər verir.

Agentliyin hesabatında qeyd olunur ki, müvafiq sənəd bu ayın əvvəlində İran parlamentinə göndərilib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai vurğulayıb ki, hazırda saziş ratifikasiyası üçün bütün lazımi prosedurları tamamlamaq mərhələsindədir.

Xatırladaq ki, 2025-ci il yanvarın 17-də Moskvada İran prezidenti Məsud Pezeşkian ilə Rusiya rəhbərliyi arasında görüş keçirilib və həmin görüşdə sözügedən saziş imzalanıb. Bu sənəddə tərəflər qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək və genişləndirmək istəklərini ifadə ediblər.

Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirmək, regional və qlobal səviyyədə fəaliyyətləri sıx əlaqələndirmək niyyəti də qeyd olunub. Bu, hərtərəfli strateji tərəfdaşlığın inkişafı üzrə uzunmüddətli planlara uyğundur.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!