Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 May 2025 / 16:14

Putin Kursk bölgəsinə səfər edibmi?-Ukrayna sərhədindən 100 km-lik məsafədirsə..

Rusiyanın dövlət qurumları Kreml rəhbəri Vladimir Putinin Rusiya Federasiyasının Kursk vilayətinə səfər etdiyi barədə məlumat yayıb. Tezadlar.az dövlət agentlikləri TASS, RİA Novost-yə istinadla bildirir ki, dövlət mediası Putinin Kursk vilayətinə “bölgə tamamilə azad edildikdən sonra ilk dəfə” səfər etdiyini yazır, baxmayaraq ki, Ukrayna Silahlı Qüvvələri bu məlumatı təkzib edir və Rusiyanın bu bölgəsində fəaliyyətlərini davam etdirdiklərini bildiriblər. O da qeyd olunur ki, guya Putin Kurskun özündə olub, burada könüllülərlə görüş keçirib, həmçinin tikilməkdə olan Kursk AES-2-yə baş çəkib.

Ukrayna mediası isə yazır ki, nə Putinin mətbuat xidməti, nə də Rusiyanın dövlət qurumları bununla bağlı heç bir sübut təqdim etmirlər. Amma bu arada Putinin mətbuat xidməti israr edir ki, şəkildəki stol, pərdə və şirniyyatlar Rusiya Federasiyasının Kursk vilayətində yerləşir.
Kreml saytı Putinin ağ masa arxasında stəkan və şirniyyatla çəkilmiş yeddi fotoşəkilini dərc edib və yazıb ki, guya Rusiya lideri işgüzar səfəri zamanı Kurçatov şəhərinə də səfər edib və burada Kursk vilayətinin bələdiyyə rəhbərləri ilə görüş də keçirib.

Görünür, müharibədə raketlərdən başqa, həm də söz atmacaları və virtual atışmalar da lazım gəlir hərdən…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!