Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün ABŞ- da inanılmaz hadisə baş verib. Tezadlar.az “Reuters”ə istinadla bildirir ki, ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem İsrail səfirliyinin iki əməkdaşının Vaşinqtondakı Yəhudi Muzeyi qarşısında öldürüldüyünü təsdiqləyib. ABC telekanalı da Vaşinqtonda Paytaxt Yəhudi Muzeyi yaxınlığında baş verən atışmada iki nəfərin, o cümlədən İsrail səfirliyinin əməkdaşının öldüyünü açıqlayıb. Sitat: “İsrail səfirliyinin iki əməkdaşı bu gecə (yerli vaxtla – red.) Vaşinqtondakı Yəhudi Muzeyinin qarşısında öldürülüb. Biz fəal şəkildə araşdırırıq və əlavə məlumat əldə etmək üçün çalışırıq”. İsrail mediası da yazır ki, ABŞ- da belə bir hadisənin, özü də İsrail səfirliyinin əməkdaşlarına qarşı baş verməsi şok yaradıb.
A.Məmmədli