Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 May 2025 / 12:34

Ukrayna PUA-sı Kursk vilayətində körpüyə hücum edib

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat Kursk vilayətinin Rılski rayonunun Nekrasovski kənd sovetinin Semenovo kəndi yaxınlığındakı avtomobil körpüsünə hücum edib. Körpünün səthi və məhəccərləri zədələnib, nəqliyyatın hərəkəti pozulmayıb, tələfat yoxdur.

Tezadlar.az bildirir ki, bu barədə vilayət qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn məlumat verib.

“Bu gecə düşmən PUA-sı Nekrasovski kənd sovetinin Semenovo kəndi yaxınlığındakı avtomobil körpüsünə hücum edib. Zərbə nəticəsində səki və hasar zədələnib. Nəqliyyatın hərəkəti pozulmayıb. Xoşbəxtlikdən insan tələfatı olmayıb!” – o, Telegram kanalında yazıb.

Xinşteyn körpünün heç bir hərbi əhəmiyyət daşımadığını, mülki infrastruktur obyekti olduğunu vurğulayıb. “Körpü Rılski rayonunun iki kənd sovetini – Maloqneuşevski və Nekrasovskini birləşdirir. Yerli sakinlər üçün mühüm marşrutdur, bu marşrut boyunca düşmən məqsədyönlü hücuma keçib. Körpünün heç bir hərbi əhəmiyyəti yoxdur – o, yalnız dinc vətəndaşlarımız üçün rol oynayır!” – qeyd edib.

Xinşteyn həmçinin bildirib ki, o, regionun nəqliyyat və avtomobil yolları naziri vəzifəsini icra edən Aleksandr Zamarayevə körpünün bərpası işlərinə qoşulmağı tapşırıb.

“Heç bir yaşayış məntəqəsi ilə əlaqə kəsilməyib, eyni zamanda iki kənd soveti arasında dolama yol olacaq. Bu gün təmir briqadaları körpünü bərpa etməyə başlayacaqlar”, – Xinşteyn yazıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!