Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Aİ ölkələri Rusiyaya qarşı 18-ci sanksiyalar paketi çərçivəsində dondurulmuş Rusiya aktivlərindən istifadə imkanlarını müzakirə etmir.
Tezadlar.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyo bildirib.
“Avropa Komissiyasının sədri artıq (18-ci sanksiya paketi çərçivəsində müzakirə olunan) bəzi elementləri elan edib və dondurulmuş aktivlər onların arasında olmayıb”, – o, jurnalistlərin dondurulmuş Rusiya aktivlərindən istifadənin müzakirə edilib-edilməməsi ilə bağlı sualını cavablandırarkən deyib.
E.ŞİRİNOV