Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 May 2025 / 12:12

G7 bəyan etdi: Rusiya aktivləri Ukraynaya dəymiş ziyan ödənilənədək dondurulacaq!

G7 bəyan edib ki, Rusiya Ukraynaya qarşı təcavüzünü dayandırana və dəymiş zərəri kompensasiya edənə qədər Rusiyanın suveren aktivləri dondurulmuş vəziyyətdə qalacaq. Tezadlar.az xatırladır ki, G7 Maliyyə Nazirlərinin Sammitinin yekunu üzrə qəbul edilmiş Birgə Kommunikedə belə deyilir. Sitat: “Biz təsdiq edirik ki, hüquqi sistemlərimizə uyğun olaraq, Rusiya təcavüzünü dayandırana və Ukraynaya vurduğu zərəri kompensasiya edənə qədər Rusiyanın yurisdiksiyalarımızdakı suveren aktivləri dondurulmuş vəziyyətdə qalacaq”.
Ümumilikdə G7-nin maliyyə sammitinin iştirakçıları sənəddə üç bəndi Ukraynanın dəstəklənməsinə həsr ediblər. Xüsusilə, bəyanatda Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi bir daha pislənilib. Sitat: “Rusiyanın Ukraynaya qarşı amansız müharibəsini davam etdirməsini pisləyirik və Ukrayna xalqının və iqtisadiyyatının böyük müqavimətinə hörmətimizi bildiririk. Ukrayna əhəmiyyətli dağıntılara məruz qalıb…”.

Müharibə isə davam edir, sülh danışıqları xəyali olaraq xatırlanır…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!