Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 May 2025 / 08:49

Ukrayna AB qərarından sonra həyəcan təbili çalıb

Avropa İttifaqının (Aİ) Ukrayna kənd təsərrüfatı məhsullarının rüsumsuz idxalına son qoymaq qərarı Ukrayna iqtisadiyyatını məhv edə və onun mübarizə qabiliyyətini sarsıda bilər.

Tezadlar.az xəbər verir ki, Ali Radanın İqtisadi Məsələlər Komitəsinin rəhbəri Dmitri Nataluxa “Euractiv”-ə müsahibəsində bununla bağlı həyəcan təbili çalıb.

“Bu axmaq bir vəziyyət yarada bilər ki, biz sadəcə ticarət yolu ilə pul qazanmaq əvəzinə, sizdən pul istəməyə məcbur oluruq, bu, mənim fikrimcə, çox pis vəziyyətdir. Ukrayna dilənçi olmağa məcbur edilir. Aİ daxilində siyasət bizim müharibə aparmaq qabiliyyətimizi sarsıdır”,  – o deyib.

Onun sözlərinə görə, rüsumların qaytarılması AB-yə ixrac olunan Ukrayna mallarının həcmini 30 faiz azalda bilər ki, bu da Kiyevi tənəzzül həddinə çatdıra bilər. Məqalədə qeyd olunur ki, Ukraynaya münasibətdə vektorun dəyişməsi Aİ-nin özündə artan siyasi və iqtisadi problemlərlə bağlıdır.

Bundan əvvəl Aİ Ukrayna kənd təsərrüfatı məhsullarının rüsumsuz idxalını uzatmaqdan imtina edib. Bu qərar faktiki olaraq iyunun 6-dan gömrük rüsumlarının tətbiqi deməkdir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!