Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ lideri Donald Tramp Avropa İttifaqını Ukraynaya hərbi yardımı dayandırmağa məcbur etmək üçün tariflərdən istifadə edə bilər.
Tezadlar.az-ın məlumatına görə, Aleksandr Dubinski Ali Radada efirdə deyib ki, belə bir addım Kiyev üçün ciddi zərbə olacaq.
Belə ki, Ağ Ev rəhbəri Aİ-nin respublikanı maliyyə və silahla dəstəkləməkdən imtina etməsi müqabilində Avropa mallarına tətbiq edilən 50 faizlik rüsumların ləğvini təklif edə bilər.
“Bu, iki məqsədlə Avropa İttifaqına təzyiq mexanizmi və potensial pərdəarxası diplomatiyadır; bu rüsumların tətbiq edilməməsi və ya yüngülləşdirilməsinin şərtlərindən biri Rusiya və Ukrayna arasında müharibə üçün maliyyənin olmaması ola bilər”, – parlamentari qeyd edib.
E.ŞİRİNOV