Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 May 2025 / 09:37

Rusiya bölgələri üzərində Ukraynanın 110 PUA-sı ələ keçirilib və vurulub

Ötən gecə Rusiya hava hücumundan müdafiə sistemləri Rusiya regionları səmasında Ukraynaya məxsus 110 pilotsuz uçan aparatı ələ keçirərək vurub.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Mayın 25-nə keçən gecə Moskva vaxtı ilə saat 00:00-dan 07:00-a kimi növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 110 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib və ələ keçirib”, – məlumatda deyilir.

Belə ki, Tula vilayəti üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 16 pilotsuz uçuş aparatı, Bryansk və Kaluqa vilayətləri üzərində Ukraynaya məxsus 14 pilotsuz uçuş aparatı, Moskva vilayəti və Tver vilayəti üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 13 pilotsuz uçuş aparatı, Belorodsk vilayəti üzərində 10 pilotsuz uçan aparatı, Oryol vilayəti üzərində 8 pilotsuz uçan aparatı,  Krım üzərində yeddi, Smolensk vilayəti üzərində iki və Lipetsk, Nijni Novqorod və Novqorod vilayətlərinin hər biri üzərində bir pilotsuz uçan aparatı vurulub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!