Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Artıq Qarabağdan olan 9500 erməni Ermənistan vətəndaşlığı üçün Paşinyana müraciət edib. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla bildirir ki, ümumilikdə, ikili vətəndaşlıq üçün müraciətlərin sayı artıb. Məlum olur ki, Qarabağdan olan köçkünləri arasında 9451 nəfər Ermənistan Respublikasının vətəndaşlığını qəbul etmək üçün müraciət edib. Bunu mayın 20-nə olan məlumatları təqdim edən respublika daxili işlər nazirinin müavini Armen Kazaryan mətbuat konfransında deyib.
Həmin tarixə 8315 nəfər artıq vətəndaşlıq qəbul edib. Sitat: “Bundan başqa, son dövrlərdə Ermənistanın ikili vətəndaşlığı ilə bağlı müraciətlərin sayında müəyyən artım var. Əgər ilin əvvəlində gündə 20-yə yaxın müraciətimiz olurdusa, indi 40-50 müraciət qəbul edirik”. Kazaryan xatırladıb ki, Qarabağdan olan ailələrdən olan uşaqlara münasibətdə də qayda tətbiq edilir, ona görə valideynlərdən biri Ermənistan vətəndaşlığını alırsa, uşağın da vətəndaşlıq almaq hüququ var”.
Beləcə, yaxşı olar ki, daxili işlər nazirinin müavini Armen Kazaryan bilsin ki, bu hesabla, gör 1988-ci ildə Ermənistandakı tarixi torpaqlarından qovulan, didərgin salınan 350 minə yaxın soydaşlarımız nə zülm yaşayıblar…
A.Məmmədli