Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistan fəlakətli bir geosiyasi vəziyyətdədir. Bir vaxtlar Rusiyadan bu barədə xəbərdarlıq edirdilər, ancaq Nikol Paşinyanın komandası bu sözləri dinləmədilər. Rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz ölkələrinin problemləri üzrə mütəxəssis Stanislav Tarasov bunu Novosti Armenia-NEWS.am müxbirinə verdiyi müsahibəsində bildirib.
O xatırladıb ki, Paşinyan 2018-ci ilin may ayından sonra hakimiyyətə gələndə tədricən keçmiş təsirini itirməyə başlayıb və bu, faktdır. “Bəli, müharibə var idi. Bəs müharibədən əvvəl hər hansı bir islahatlar olubmu? Yox. Əvəzində bir növ “təmizlənmə”, qeyri-müəyyən bir xarici siyasət və tamamilə anlaşılmaz bir daxili siyasət, hakimiyyəti qorumaq üçün müxtəlif metodlar var idi. Parlamentdə əksəriyyət səs sahib olsa da, heç nə etmədi. İndi seçkilərdə sanki qalib gəldi, yeni bir müxalifət yarandı. Zənnimcə, gərginliklər olacaq, vəziyyət ağırlaşacaq. Bəlkə kompromislər axtarılacaq, amma hələ ki, mən bunu görmürəm. Buna görə də küçə toqquşmalarının ola biləcəyini istisna etmirəm.
İndi biz Ermənistanın özünüməhvetməi, erməni dövlətçiliyinin məhv edilmə prosesini müşahidə edirik. Ermənilər davamlı dövlət yarada bilmədilər, müstəqillik illərində əldə edilmiş bütün nailiyyətləri itirdilər. Qarabağ problemini başqa cür həll etmək olardı. Onu həll etmək olardı”,- deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, Ermənistan rəhbərləri bunu edə bilmədilər və ortaya fəaliyyət qabiliyyəti olmayan, savadsız, cahil, tam uzaqgörən olmayan populist bir insan çıxartdılar. “Paşinyanın yenidən seçilməsi Ermənistanın özünüməhvetmə prosesinin son akordudur. Bu, mənim kəşfim deyil. Hamı başa düşür ki, bu ermənilərin faciəsidir. Görün erməniləri elə bir vəziyyətə gətirib çıxarmaq lazım idi ki, onlar köhnə hakimiyyətdən xilas olmaq üçün Paşinyana səs verməyi seçdilər. Bu, dəhşətdir. Ermənistanda müxalifət tənqidi çıxışlar edəcək, amma bu, əvvəllər də olubdur və bunun heç xeyiri olmayıb. Ermənilərin mentallığı dəyişdi. Paşinyana səs verən ermənilərin mentallığı dəyişdi. Öz dövlətini məhv edən zombiləşdirilmiş ermənilər kimi bir anlayış var. Əgər əvvəllər hamı Əliyevin Yerevanın Azərbaycan şəhəri olduğuna dair bəyanatına ironiya ilə yanaşırdısa, indi mən bu ideyanın reallaşacağına inanmağa başlayıram”, – deyə Tarasov vurğulayıb.
Nikol Paşinyanın əvvəldən Qarabağ proqramı yox idi. O, xalqı aldadırdı. Onun problemi həlli etmə metodları yox idi.Onun sözlərinə görə, Paşinyan bu vəziyyətdən daha az itkilərlə çıxmaq şansına malik idi, lakin o bunu edə bilmədi. Ekspert qeyd edib ki, hazırda Paşinyan ATƏT-in Minsk qrupundan yapışıb və Qarabağın status məsələsi ilə güya bu qurum məşğul olacaq. “Amma statusu necə müəyyənləşdirəcək? Onu qoruyub saxlayıblar ki, o, məğlubiyyət aktını noyabrın 9-dan imzalasın. Moskva buna ehtiyatla baxır, amma biz erməni xalqının iradəsinə qarşı çıxa bilmirik. İndi qoy Qarabağ problemini həll etsin.
Biz onun bunu necə edəcəyini görmək istəyirik. Ermənilər Qarabağı saxlamaq istəmirlər.Yerevan erməniləri Qarabağ problemini öz üzərilərdən atmaq qərarına gəliblər və Qarabağla daha məşğul olmaq istəmirlər və onu Azərbaycana qaytarırlar. Paşinyan düşünür ki, Ermənistanda, onun Qarabağsız coğrafi sərhədlərində Qafqazda cənnət, demokratiya, kapitalizm yarada biləcəkdir. O, heç bir şey yaratmayacaq, ancaq dövlətin qalıqlarını məhv edəcək və Ermənistan bir dövlət kimi heç kimə lazım olmayacaq. Heç kimə”, – deyə Tarasov bildirib.
Şakir QURBANOV