Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrailin Fələstinin eyni adlı anklavında yerləşən Qəzza şəhərində Fəhmi əl-Cərcəvi məktəbinə endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 36-ya çatıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.
Daha əvvəl Qətərin “Əl-Cəzirə” telekanalı bir neçə uşaq, bir jurnalist və ən azı iki humanitar işçi də daxil olmaqla 25 nəfərin öldüyünü bildirmişdi. Vurulan binada qaçqın və köçkünlərin olduğu iddia edilib.
2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə daxil olması, sərhəd yaşayış məntəqələrinin sakinlərinin qətli və əsirlərin girov götürülməsi ilə müşayiət olunandan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək və qaçırılanların hamısını azad etmək məqsədi ilə anklavda hərbi əməliyyata başlayıb.
Xatırladaq ki, martın 18-də İsrail ordusu anklavda döyüş əməliyyatlarını bərpa edərək, ona qarşı kütləvi zərbələr endirib və bununla da bu ilin yanvarında yaradılmış atəşkəsi pozub. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bunu HƏMAS-ın danışıqlar zamanı vasitəçilər və ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Vitkoff tərəfindən irəli sürülən təkliflərdən imtina etməsi ilə izah edib və bildirib ki, Qəzza zolağında əməliyyatın məqsədi bütün girovları azad etməkdir. Radikallar hərbi əməliyyatların yenidən başlamasında İsrail və ABŞ-ı günahlandırıblar.
E.ŞİRİNOV