Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 May 2025 / 13:45

Makronun yaxın ətrafı arvadının ona şillə vurmasının videosunu belə izah edir

Fransa prezidenti Emmanuel Makronun ətrafı həyat yoldaşı Bricit Makronun üzünə vurduğu sillə videosunu “adi bir ailə oyunu” kimi izah edib.

Bricit Makronun Vyetnamda təyyarədən çıxarkən ərinin üzünə toxunduğu video sosial şəbəkələrdə yayılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.

Kadrlarda Fransa prezidentinin təyyarənin qapısında göründüyü, arvadının əllərinin birdən üzünə uzandığı və çoxlarının şillə kimi qəbul etdiyi görünür.

Video Makronu tənqid edən hesablarda xüsusilə fəal müzakirə olunub. Əvvəlcə Yelisey Sarayı videonun həqiqiliyinə şübhə etməyə çalışsa da, sonradan bunu təsdiqləyib. Prezidentin yaxın çevrəsinin nümayəndəsi jurnalistlərə deyib ki, baş verənlər “adi bir ailə oyunudur”.

“Bu, prezidentlə xanımının işgüzar səfərdən əvvəl dincəldiyi bir vaxt idi”, – mənbə əlavə edib.

Makron administrasiyası onu da vurğulayıb ki, bu cür hadisələr asanlıqla sosial şəbəkələrdə xüsusilə rusiyayönlü dairələrin şayiə və tənqid mənbəyinə çevrilir.

Bundan əvvəl mediada Emmanuel və Bricit Makronun Hanoy şəhərinə gəlişi ilə bağlı görüntülər yayılıb, istifadəçilərin fikrincə, birinci xanımın Fransa prezidentinin yanağına şillə vurduğu iddia edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!