Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 May 2025 / 14:34

FTX Basayev və Xəttabın dəstəsinin 4 üzvünü saxlayıb

FTX əməkdaşları Daxili İşlər Nazirliyi, Rusiya Milli Qvardiyası və Rusiya Federasiyası İstintaq Komitəsi ilə birlikdə Basayev və Xəttab dəstəsinin 4 silahlısını saxlayıblar.

Tezadlar.az bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

İstintaqın məlumatına görə, onlar 1999-cu ilin avqustunda Dağıstana, 1999-cu ilin oktyabrında Çeçenistanın Şelkovski rayonunun Çervlennaya kəndi yaxınlığında rus hərbçilərinə və 2000-ci ilin fevralında Çeçenistanda Pskov paraşütçülərinə qarşı hücumda iştirak ediblər.

Bu hücumlar nəticəsində Rusiya Silahlı Qüvvələrinin 130-dan çox əsgəri həlak olub, 80-dən çoxu isə yaralanıb.

Məlumatda bildirilir ki, Arsen Koldasov Stavropol diyarında, Batır Arsanov İnquşetiyada, Rəcəb Xasayev Dağıstanda, Rəsul Taxtamirov isə Həştərxan vilayətində saxlanılıb.

Müstəntiqlər onların bu cinayətlərdə iştirakına dair təkzibolunmaz sübutlar əldə ediblər.

Onlar banditizm, silahlı üsyan və hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsddə ittiham olunurlar. Artıq onlar həbsdədirlər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!