Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 May 2025 / 18:30

Gürcüstandan qaçaq düşənlər geri qayıdır

“Hökumət xaricdə yaşayan gürcülərin vətənə qayıtması üçün bütün zəruri tədbirləri görəcək”. Tezadlar.az  xəbər verir ki, bu sözləri baş nazir İrakli Kobaxidze Diaspora Gününə həsr olunmuş forumda çıxışı zamanı qeyd edib. Onun sözlərinə görə, ötən il vətənə qayıdan vətəndaşların sayı ölkəni tərk edənlərin sayını az da olsa, üstələyib: “Əsas məqsədimiz xaricdəki soydaşlarımızın vətənə dönüşünü təmin etməkdir. Əlimizdən gələni edəcəyik ki, mümkün qədər çox insan bu qərarı versin və onları burada layiqli həyat şəraiti və iş imkanları gözləsin”. Hökumət başçısı əlavə edib ki, iqtisadi artım davam etdikcə, vətənə qayıdan miqrantların sayının da ildən-ilə artacağına böyük ümid var. Sitat: “Bu, bizim əsas milli vəzifəmiz və missiyamızdır – daha çox soydaşımızı illər üzrə vətənə qaytarmaq”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!