Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Adını müğənni kimi ilk dəfə eşitdiyimiz Nigar Rəhimova neçə vaxtdır gündəmi zəbt edib. Səbəb də ona “Vətən müharibəsi iştirakçısı” medalının verilməsidir. Müğənni buna görə sosial şəbəkələrdə top atəşinə tutulduğundan medal paylaşdığı statusu silib. Rəsmi qurumlardan isə belə açıqlama verildi: “ Nigar Rəhimova 44 günlük Vətən Müharibəsi dövründə cəbhə bölgəsində əsgərləri döyüşə ruhlandıran mahnılar oxuyub”.
P.S. Çox yaxşlı, əla, super, fısqırıq. Elə isə, bu Nigar xanım o döyüşlər zamanı cəbhə bölgəsində oxuduğu bircə mahnının videosunu qoysun ortaya. Hətta video olsa belə, bu, müğənniyə “Müharibə İştirakçısı” medalının verilməsinə haqq vermir. Bu, bir! İkincisi, 44 günlük döyüşdə əsgərlərin konsert dinləməyə vaxtlarımı var idi? Bu igidlərin çörək yeməyə belə vaxtları olmadığı halda, konsertə necə baxa bilərdilər? Səsgücləndiricinin səsi ermənilərə mövqeyimizin harada olduğuna işarə verməzdimi? Üçüncüsü, 44 günlük müharibədə niyə təkcə Nigar Rəhimova əsgərlərə mahnı oxuyub? Bəs “n” qədər olan və abrını, həyasını itirmiş şou-əhli müğənnilər harada idilər? Bu xanıma “Müharibə iştirakçısı”nın adını vermək döyüşüb, qan tökmüş və veteran adını hələ də ala bilməyən qazilərə, igid döyüşülərə, veteranlara, şəhidlərə sayğlslzlıq deyilmi? Araşdırmaq lazımdır ki, bu xanımın arxasında duran məmur və ya general kimdir ki, bütün yazılmış və yazılmamış qanunları pozaraq, belə bir əmrə qol çəkib?
***
Xəbər verildiyi kimi, 9 may qələbə günü münasibətilə İmişlidə keçirilən tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ-nin bayrağını qaldırıb və sinəsinə də imperiyanın simvolu olan Georgi lenti taxdığına görə sədrlikdən çıxarılıb. İndi söhbət gəzir ki, bu ağsaqqal YAP-dan da qovula bilər.
P.S. Lap tutaq ki, ağsaqqal Saleh kişi vəzifəsindən qovulduğu kimi YAP-dan da qovuldu. Bununla da onun beynində betonlaşmış sovet hökumətinə olan sevgisini də qovmaq olacaqmı? Bu, bir! İkincisi, mən bu ağsaqqalda heç bir günah görmürəm. Bir təşkilatın ki adında sovet hökumətinin adını hər gün hallandıran “Şura” sözü ola, onda bu ağsaqqal da Şura hökumətinin bayrağını qaldırmaqda haqlı deyilmi? Yox, cənablar, əvvəlcə zəhmət çəkin təşkilatın adından “Şura” sözünü çıxardın, sonra Saleh kişini cəzalandırın. Təşkilatın adı olsun məsələn belə, Respublika Ağsaqqallar Birliyi və ya İmişli Ağsaqqallar Birliyi.
***
Mayın 15-də Ukrayna və Rusiya arasında müharibənin dayandırılıb, atəşkəsin elan olunması barədə danışıqlar aparmaq üçün V.Zelenski İstanbula gəlsə də, V.Putin söz verməsinə baxmayaraq, gəlmədi.
P.S. Buna deyərlər V.Putin hamıya “atdı”. Artıq ABŞ prezidenti Tarmpın da V.Putindən üz döndərdiyini nəzərə alsaq, onda belə demək olar: SSRİ KQB-nin sonuncu lideri V.Putinin özünün hakimiyyətdən kənara atılacağı gün çox uzaqda deyil.
***
Bu günlərdə Albaniyanın paytaxtı Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı zirvə toplantısında Prezident İlham Əliyev bir çox dövlət başçıları ilə, o cümlədən, Fransa prezidenti E.Makron, Türkiyə prezidenti R.T.Ərdoğan və Ermənistanın baş naziri N. Paşinyanla görüşdü.
P.S. Mən deyərdim bu görüşlər, hər bir azərbaycanlıda qürur hissləri doğurdu. Efirlərdə təqdim olunan görüntülərdə ən çox maraq doğuran E.Makronun bizim prezidentə özünün yaxınlaşması, onunla çox isti görüşməsi, səmimi, dostyana söhbətlər etməsi, bu zaman isə, N.Paşinyanın yetim kimi kənardan baxması idi. Daha sonra prezident İlham Əliyevlə N.Paşinyanın ikilikdə, vasitəçilərsiz görüşlməsi, N.Paşinyanın bu zaman Əliyevin qarşısında əyilmiş vəziyyətdə, çox yazıq görkəmdə oturması, Prezidentimizin isə çox şahanə, çox qürurlu dayanması, inanın ki, adamın qəlbini riqqətə gətirirdi. Dünya liderlərinin Prezident İlham Əliyevə belə sayğılı yanaşması, onunla səmimi söhbətlər etməsi Prezdentimizin Avropada və dünyada sayılıb-seçilən bir lider olmasının təsdiqidir. Eşq olsun, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə!
***
Mayın 14-də Ermənistan parlamentində əlbəyaxa dava düşmüşdü. Belə ki, eks-prezident R.Köçəryanın oğlu deputat Levon Köçəryan N.Paşinyanı aşağılayıcı ifadələr işlədib. Buna cavab olaraq vitse-spiker Akop Arşakyan belə cavab verib: “Camaat Robert Köçəryanın atasının azərbaycanlı olduğunu deyir. Lakin biz bunu parlamentin tribunasından demirik”.
P.S. Ayə, həmişə sapı özümüzdən olan baltalar bizə qənim kəsilib dayna… Rəhmətlik akademik Nizami Süleymanov özünü öldürürdü ki, bu Robert Köçəryan Daşkəsəndə sovet dövründə təhsil şöbəsinin müdiri olmuş Məmməd Məcidovun oğludur. Anası, gözəl-göyçək Emma Ohanyan da Daşkəsənin kənd məktəbində ibtidai sinif rəhbəri olub. O dövrdə də gözəl erməni xanımlarının bizim kişilərə sırınan vaxtları idi. Bu səbəbdən də bizimkilərin belindən gələn Robert daşnak köpəkoğlu da elə özümüzə düşmən kəsilib dayna.
***
Müğənni sayılan Mətanət Əsədova bir sayta açıqlamasında gözəlliyi ilə öyünərək belə deyib: “Gözümün yiyəsi gözümü çıxardar, kiməsə baxsam. Məni kim almaz ki? Həyatımda biri var. Çox hörmətli bir adamdır”.

P.S. Mətanət xanım, o, hörmətli adam səni seçibsə, “toçnu” onun gözlərində tor var.
***
Müğənni Kəmalə Qaramollayeva Sərxan Kərəmoğlunun bəstəkar, prodüsser Asif Kərimova atmacasına belə reakisiya verib: “Asif Kərimovun haqqında danışmaq hər insanın başı üçün deyil. Özüm də onunla çalışıram. Məndə Beyons potensialı olduğunu hiss edir və daha yüksək yerlərdə görmək istəyir”.

P.S. Kəmalə xanım, ruslarda belə məsəl var: “İstəmək zərərli deyil, ən yaxşısı istəməməkdir”. Bu, bir! İkincisi, deyirsən, Asif bəy səndə Beyons potensialı görür. Nə olsun? Başqa adam da sənin şəkilinə və görünüşünə baxıb, başqa şey görə bilər. Bu, o demək deyil ki, hər görünən reallıqdır. Ona görə deyirlər e, qadınlar qulaqları ilə sevirlər. Sən də, ay Kəmalə xanım, hər eşitdiyinə inanma. Səni istəməyən qüvvələr gözdən salmaq üçün belə şeylər uydura bilərlər. Başını aşağı sal, işini gör.
***
Xalq artisti adını daşıyan Röya Ayxan “İnstaqram” səhifəsində sinəsi açıq şəkillərini paylaşıb və bu da, guya izləyicilərin marağına səbəb olub.

P.S. İzləyicilərin marağına, əlbəttə, səbəb ola bilər. Çünki Röya birinci dəfədir ki, belə çılpaq şəkillər paylaşır. Niyə gülürsünüz? Bəli, doğru deyirsiniz, Röyanın çılpaq şəkilləri, videoları səhnəyə qədəm qoyan gündən internetin bəzəyinə çevrilib. Canı yanmış Röyanın, çöldə qalmaqdan sinəsini və başqa əzalarını gün vuraraq qurudub, ətövbə. Bir də ki, Röya və bunabənzər digər şou-əhli xanımlar, həmişə mədəniyyəti yox, bədəniyyəti inkişaf etdiriblər. Röyaya nə var ki, subay-salıq xanımdır. Necə istəsə soyuna bilər…
ELÇİN
