ABŞ prezidenti Donald Tramp inauqurasiyadan sonra ilk təkbətək görüşündə Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Paueli yenidən faiz dərəcələrini azaltmağa çağırıb.
Ağ Evin mətbuat katibi Karolina Livitt deyib ki, Tramp FED sədrinin faizləri azaltmamaqla səhv etdiyini düşündüyünü deyib. Livitt əlavə edib ki, bu, ABŞ-ni Çin və digər ölkələrlə müqayisədə iqtisadi cəhətdən əlverişsiz mövqeyə salır.
Eyni zamanda, görüşdə Trampın Paueli tutduğu vəzifədən çıxarıb-çıxarmayacağının müzakirə olunmadığı bildirilib.
Xatırladaq ki, bir müddət əvvəl – Tramp arzu edərsə, FED rəhbərinin vəzifəsini tərk etmək məcburiyyətində qalacağını söyləmişdi.
Qeyd edək ki, Pauel 2018-ci ilin fevralında vəzifəsinin icrasına başlayıb, 2022-ci ildə isə ikinci müddətə yenidən seçilib. Onun səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatır.






