Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 May 2025 / 14:49

Politoloq Rusiya ilə Ukrayna arasında danışıqların yeni mərhələsində təxribatların olacağını proqnozlaşdırır

Politoloq Andrey Suzdaltsevin sözlərinə görə, Ukrayna tərəfi Rusiya ilə danışıqlar üçün iyunun 2-də İstanbula gələcək, lakin təsdiqlənməsini son dəqiqəyə qədər təxirə salacaq.

Tezadlar.az bu barədə o, lenta.ru-ya istinadən xəbər verir.

“Ukrayna tərəfi gələcək, lakin o, gəlişinin təsdiqini son dəqiqəyə qədər təxirə salacaq”, – Suzdaltsev bildirib.

O, danışıqların ilk günündə Ukraynanın iştirak etməyəcəyini istisna etməyib. Onun sözlərinə görə, danışıqların indiki mərhələsində təxribatlar olacaq.

Politoloq vurğulayıb ki, bu danışıqların baş tutması üçün ABŞ prezidenti Donald Tramp administrasiyası lazımdır. Onun fikrincə, ABŞ bu məsələdə Ukraynaya təzyiq göstərəcək.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı münaqişənin dinc yolla nizamlanması üzrə danışıqların ikinci raundunun iyunun 2-də İstanbulda keçirilməsini təklif edib. Onun sözlərinə görə, sənəd “böhranın əsas səbəblərini etibarlı şəkildə aradan qaldırmağın bütün aspektləri üzrə” Rusiyanın mövqeyini müəyyən edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!