Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 May 2025 / 10:38

May ayında Ukraynanın sərhəd bölgəsində endirdiyi zərbələr nəticəsində yaralananların sayı açıqlanıb

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov may ayında Ukrayna Silahlı Qüvvələrinin sərhəd bölgəsində endirdiyi zərbələr nəticəsində yaralananların sayını açıqlayıb.

Tezadlar.az bildirir ki, bu barədə o, şəxsi Telegram kanalında məlumat verib.

Qladkovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində ümumilikdə 92 mülki şəxs yaralanıb.

“Belqorod vilayətinin sərhəd bölgəsində vəziyyət son dərəcə çətin olaraq qalır. Təkcə may ayında 92 mülki vətəndaşımız, o cümlədən dünən dörd yaralı var. Onların hamısına lazımi tibbi yardım göstərilir”, – o vurğulayıb.

Bölgə rəhbəri vurğulayıb ki, regionda təhlükəsizliyin yaxşılaşdırılması üçün elektron döyüş texnikası üçün 100 milyon rubl ayrılıb və bu vəsait BARS-Belqorod və Orlan bölmələrinə veriləcək.

“Biz bu işlə hər gün məşğul oluruq, əlbəttə ki, biz bunu daha da gücləndirəcəyik”, – Qladkov vurğulayıb.

Bundan əvvəl Kursk vilayətində Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumu nəticəsində 7 nəfər yaralanıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!