Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyun 2025 / 12:20

Qurban bayramı yaxınlaşır: Bəs bölgələrdəki otellərdə dincəlmək cibimizə görədirmi? – Son qiymətlər

İyun ayı, isti hava, bölgələrin gözəl vaxtı və qurban bayramı üçün verilən 4 günlük bayram tətili…

Bayram günlərini fürsət bilənlər rayonlara üz tutacaq. Bu da otellərdə sıxlığa səbəb olur və qiymətlərə təsir edir. Artıq əksər otellərdə yerlər rezerv olunub.

Quba-Qusar-Xaçmazda 5 ulduzlu otellər həftə içi 100-150 manat, həftə sonu 250 manatdırsa, bayram günləri bu rəqəm 20-30% daha baha təklif  olunur. Hazırda Şəki-Qax-Zaqatala bölgəsində qiymətlər 130-170 manat aralığında dəyişir. Cənub bölgəsində yerləşən otellərə də təlabat artıb.

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, artıq Qurban bayramında vətəndaşlar daha çox Qarabağa  üz tuturlar.

Ekspertlər bildirir ki, bayramdan sonra hotel qiymətlərində ucuzlaşma müşahidə ediləcək.

TEZADLAR.AZ  bununla bağlı Xəzər TV-nin hazırladığı videosüjeti təqdim edir:

https://www.youtube.com/watch?v=Oml23ZG3EyQ

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!