Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İstanbulda Rusiya ilə danışıqlar zamanı Ukrayna nümayəndə heyəti diplomatik prosesin gedişi barədə məlumatlandırılan xarici iştirakçı ilə əlaqə saxlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidanın açılış nitqi zamanı Ukrayna nümayəndə heyətinin üzvlərindən biri telefonla zəng edib və dinamiki işə salıb.
Kiyevlə konkret kimin əlaqə saxladığı açıqlanmır.
Qeyd edək ki, iyunun 2-də İstanbulda Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu keçirilib. Danışıqlar bir saatdan çox davam edib. Türkiyə Xarici İşlər Nazirliyi ikitərəfli görüşün nəticələrini “mənfi deyildilər” ifadəsi ilə dəyərləndirib.
E.ŞİRİNOV