Prezidentin köməkçisi Hikmət Hacıyev Türkiyənin bəzi jurnalistlərinə çağırış edib.
Tezadlar.az həmin çağırışı təqdim edir:
“Mən buradan Türkiyədə bəzi jurnalist dostlarımıza və media nümayəndələrinə səslənmək istəyirəm ki, yazırlar ki, Azərbaycan “sionist rejimini” dəstəkləyir, Azərbaycan Qəzzaya və Fələstinə qarşıdır. Ümumiyyətlə belə şeyləri yazmaq qardaş ölkənin jurnalistlərinə yaraşmır. Hər şeydən öncə Azərbaycan 30 il işğaldan əziyyət çəkmiş bir dövlətdir və bu 30 ildə qardaş Türkiyədən başqa bizə heç kim dəstək vermədi. Bizə Avropada silah embarqosu tətbiq edildi, bu embarqo zamanı İsrail bizə silah satıb, biz bunu gizlətmirik və bundan qorxmuruq. İsrailin satdığı silahların isə pulunu verib almışıq. Lakin məsələ yalnız silah deyil. Azərbaycan türk ənənələrinə uyğun olaraq Osmanlıda olduğu kimi hər zaman zülm görən xalqlara qarşı öz evini açıb, onlarla öz çörəyini bölüşüb. Sovetlər dağıldıqdan sonra yəhudilərin bir qismi İsrailə getdilər və Azərbaycan ilə İsrail arasında bir könül bağı qurdular, bizim həqiqətlərə hər zaman dəstək oldular”.