Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 İyun 2025 / 14:12

ABŞ Trampın Rusiyaya qarşı taktikasından danışıb

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı “otur və gözlə” taktikası həyata keçirir.

Tezadlar.az xəbər verir ki, bu barədə CNN jurnalisti öz mənbələrinə istinadən bildirib.

“Mənbələrin bildirdiyinə görə, Trampın hər hansı sanksiya tətbiq edəcəyi ehtimalı azdır. Ağ Ev təsdiq edib ki, Ukrayna onlara həftə sonu öz hərəkətləri barədə məlumat verməyib. Eyni zamanda, biz hələ də Donald Trampdan bir şərh də eşitməmişik”, – o izah edib.

Jurnalistin mənbələri onu da qeyd ediblər ki, ABŞ administrasiyasının bu cür hərəkətləri “sadəcə gözləmək və hadisələrin necə inkişaf edəcəyini görmək” strategiyasının bir hissəsidir.

Xatırladaq ki, bazar günü, iyunun 1-də Ukraynanın FPV pilotsuz təyyarələri ilə Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərində hücumlar həyata keçirilib. Rusiya Müdafiə Nazirliyi hadisəni terror aktı adlandırıb və hücumların hədəflərinin hərbi aerodromlar olduğunu qeyd edib.

ABŞ administrasiyasındakı mənbələr Amerika mediasına bildiriblər ki, Ağ Ev Ukrayna pilotsuz təyyarələrinin gözlənilən hücumundan xəbərsizdir. Pentaqonun keçmiş müşaviri Den Kolduellt isə İstanbulda danışıqların növbəti raundundan bir gün əvvəl Kiyevin Rusiyanın strateji qüvvələrinə hücum cəhdlərinin “Amerikanın maraqlarına uyğun olmadığını” vurğulayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!