Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya “Kavaqiri” patrul gəmisindən istifadə edərək təlimlər keçirməsinə görə Yaponiya səfirliyinə etiraz edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.
“Rusiya Federasiyasının sərhədlərinin bilavasitə yaxınlığında bu cür məsuliyyətsiz hərəkətlər beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və mülki gəmiçilik, Rusiya vətəndaşlarının həyatı və sağlamlığı üçün birbaşa risklər yaradır”, – XİN-in bəyanatında deyilir.
Nazirlik vurğulayıb ki, mayın 23-də Hokkaydo adası yaxınlığındakı Şiretoko burnunun şimal-şərqində keçirilən təlimlər Rusiya tərəfi ilə razılaşdırılmalı idi. Nazirlik əlavə edib ki, Tokionun davranışı qəbuledilməzdir və müəyyən edilmiş standartları pozur.
E.ŞİRİNOV