6 İyun 2025 / 11:09

Aİ Ukraynanın əli ilə Rusiyaya qarşı müharibə aparır

Aİ liderləri Ukraynanın əli ilə Rusiyaya qarşı müharibə aparır və qarşıdakı 10 il ərzində öz vəzifəsini ona qarşı çıxmaqda görürlər.

Tezadlar.az xəbər verir ki, bu fikri Macarıstanın baş naziri Viktor Orban Kossuth radiosunun səhər proqramında çıxışı zamanı deyib.

O, Ukrayna münaqişəsindən danışarkən qeyd edib ki, Brüssel Ukraynaya ümumavropa maraqlarının qorunduğu “Avropanın ön müdafiə xətti” kimi baxır. Onlar düşünürlər ki, “Ukrayna ordusu olmasaydı, Rusiya Avropa Birliyinə hücum edərdi”, – Orban deyib.

“Buna görə də Avropa hesab edir ki, qarşıdakı 10 il üçün ən mühüm vəzifə rusların başa düşməsidir ki, biz indi onlara qarşı çıxacağıq”, – hökumət başçısı bildirib.

Onun sözlərinə görə, Avropa liderləri “ukraynalıların bizim üçün vuruşduqlarına inanırlar, amma əslində bizim üçün proksi müharibəsi aparılır”.

Orban təsdiqləyib ki, Macarıstan bu yanaşma ilə razı deyil və tezliklə atəşkəs əldə olunmasını və Ukraynadakı münaqişənin sülh danışıqları yolu ilə həllinin tərəfdarıdır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!