Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Müdafiə Nazirliyi etirazlar və iğtişaşlar səbəbindən Kaliforniya ştatının Los-Anceles şəhərinə dəniz piyadaları korpusunun təxminən 700 hərbçisini göndərəcək. Tezadlar.az CNN-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Şimal Komandanlığının yaydığı bəyanatda deyilir. Əmrə əsasən, dəniz piyadaları federal xidmət və departament əməkdaşlarının, həmçinin Los-Ancelesdə və onun ətraflarında dövlət əmlakının təhlükəsizliyinin təmin edilməsinə yardım edəcək. Onlar Kaliforniya Milli Qvardiyası ilə qarşılıqlı əlaqədə olacaqlar.
Qeyd edək ki, Los-Ancelesdəki qanunsuz mühacirlərə qarşı polis basqınlarından sonra iğtişaşlar baş verib.
İğtişaşçılar və etirazçılar isə sakitləşmək bilmir. Hazırda Ağ Evin ətrafında xüsusi mühafizə çəpəri yaradılmaqdadır.
A.Məmmədli