Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Los-Ancelesdə işləyən rusiyalı jurnalist yerli polisin tətbiq etdiyi gözyaşardıcı qazdan yaralanıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Əvvəllər polis tərəfindən dağıdılan etirazçıların yenidən toplaşaraq polisə şüşə və atəşfəşanlıq ataraq ətrafdakı hər şeyi dağıtmağa başlamasından sonra şəhərdə vəziyyət gərginləşib. Buna cavab olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər.
Agentliyin jurnalisti hadisələrin episentrində olduğu üçün gözünə qaz girib. Nəticədə, şiddətli yanıq alıb, gözləri sulanıb, eyni zamanda nəfəs almaqda çətinlik çəkib. Bir neçə dəqiqə gözlərini aça bilməyib və oriyentasiya problemi yaşayıb.
Müxbir hazırda təhlükəsizdir və tibbi yardıma ehtiyac duymur.
E.ŞİRİNOV