Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Son günlər Rusiya paytaxtında Özbəkistan vətəndaşlarına qarşı hörmətsiz rəftar baş alıb gedir. Ruslar sanki Ukrayna dronlarının acığını özbəklərdən çıxmaq istəyir. Tezadlar.az Özbəkistan XİN-ə istinadla bildirir ki, naxirlik Rusiya ərazisində ölkə vətəndaşlarına qarşı əsassız yoxlamalar, hörmətsiz və kobud rəftar halları ilə bağlı ciddi narahatlığını ifadə edib. Bu barədə nazirliyin mətbuat katibi Ahror Burxanov teleqramda bildirib. Onun sözlərinə görə, Özbəkistanın Moskvadakı səfirliyi Rusiya XİN-ə nota göndərib və burada vətəndaşların qanunsuz yoxlamalar, hörmətsizlik və kobud münasibətlə bağlı şikayətləri ilə əlaqədar narahatlıq ifadə edilib. Burxanov vurğulayıb ki, belə hallar “ölkələrimiz arasındakı dostluq münasibətlərinə uyğun deyil və bunları qabaqlamaq üçün konkret tədbirlər görülməlidir”. Sitat: “Özbəkistan Respublikası xaricdə yaşayan və müvəqqəti olan vətəndaşlarının hüquq və maraqlarının qorunmasını prioritet vəzifə hesab edir. Bu məsələ ilə bağlı Özbəkistanın Moskvadakı səfirliyi də müvafiq diplomatik kanallar vasitəsilə Rusiya tərəfi ilə dialoq aparır. Özbəkistan tərəfi bütün vətəndaşlara münasibətdə beynəlxalq hüquqa və insan hüquqlarına riayət olunmasını təmin etməyə çağırır. Bununla əlaqədar, biz Rusiya Federasiyasının müvafiq orqanlarını Özbəkistan vətəndaşlarına hörmətlə yanaşmağı gözləyirik”.
Özbəkistan Xarici İşlər Nazirliyi bu məsələni daimi nəzarətdə saxlayacağını və lazım gəldikdə əlavə tədbirlər görməyə davam edəcəyini bildirib.