Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 İyun 2025 / 13:27

Zelenski ABŞ və müttəfiqlərini Rusiyaya təzyiq etməkdən qorxmamağa çağırıb

Ukrayna prezidenti Vladimir Zelenski müttəfiqlərini Rusiyaya təzyiqi artırmaqdan qorxmamağa və “yeni qərarları” təxirə salmamağa çağırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında Rusiya Silahlı Qüvvələrinin son zərbələrini şərh edərkən yazıb.

Onun sözlərinə görə, Rusiya “artıq təzyiqə layiqdir” və onun hərəkətləri guya “kifayət qədər təzyiq olmadığını” göstərir.

“Və biz qorxmamalı, Rusiya üçün vəziyyəti çətinləşdirə biləcək yeni qərarları təxirə salmamalıyıq. Bunsuz onlar əsl diplomatiyaya getməyəcəklər. Bu, ilk növbədə, ABŞ və digər dünya liderlərindən asılıdır”, – Zelenski yazıb.

Bundan əvvəl Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik bildirib ki, Rusiya Ukraynaya təxribat və regionlarına hücumlara görə hələ tam cavab verməyib.

Parlamentari vurğulayıb ki, Rusiya Ukraynanın mövcudluğunu dayandıra bilər. O, respublika hakimiyyətini Rusiya Silahlı Qüvvələrinin nə vaxt və harada cavab zərbəsi endirəcəyini gözləməyə çağırıb. Kolesnik aydınlaşdırıb ki, bu məsələ Ali Baş Komandan Vladimir Putinin səlahiyyətindədir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!