Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 İyun 2025 / 16:25

Ölülərimiz hörmətə minir: dəfn xərci ödənilir və…

Bu ilin yanvar-may ayları ərzində 3,5 min nəfər dəfn xərci çəkmiş şəxsə dəfn üçün müavinət təyin edilib və ödənilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, onlardan 5 nəfəri Azərbaycan ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilərdir.

Qeyd edək ki, əmək pensiyaçısı vəfat etdikdə onun dəfni ilə bağlı xərçləri çəkmiş şəxsə minimum pensiyanın üç misli miqdarında, yəni 960 manat dəfn üçün birdəfəlik müavinət verilir. Müavinət dövlət qulluqçusu, həmçinin yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, işsizlikdən sığorta ödənişini alan, sığortaolunan şəxs vəfat etdikdə onun dəfni ilə bağlı xərçləri çəkmiş şəxsə 500 manat dəfn üçün birdəfəlik müavinət verilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!