Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün ABŞ-nin Müdafiə Nazirliyi İranın nüvə silahı yaratmaq üçün aktiv addımlar atdığını iddia edib. Tezadlar.az CNN- Türk- ə istinadla bildirir ki, bunu Arkanzas ştatından respublikaçı senator Tom Kotton “X” sosial şəbəkəsindəki hesabında yazıb. Sitat: “Bu gün Pit Heqset təsdiq edib ki, İran nüvə silahı yaratmaq üzərində fəal işləyir. Milli təhlükəsizliyimiz, müttəfiqlərimizin və regiondakı milyonlarla mülki insanın təhlükəsizliyi naminə buna yol vermək olmaz”, – paylaşımda qeyd olunur.
Qeyd edək ki, dünən iyunun 9-da Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Mariano Qrossi bəyan edib ki, əvvəlki illərdə antropogen uran hissəciklərinin aşkar edildiyi üç obyekt, eləcə də bəzi digər obyektlər İranın 2000-ci illərin əvvəllərində başa çatdırdığı bəyan edilməmiş nüvə proqramının bir hissəsi olub. Qrossinin sözlərinə görə, bu proqramda bəyan edilməmiş nüvə materiallarından istifadə olunub. İran rəsmiləri isə hələki bu iddialara cavab verməyib.