Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 İyun 2025 / 12:40

İran müharibə də daxil olmaqla istənilən ssenariyə hazır olduğunu bildirir

İran İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami deyib ki, İran müharibə də daxil olmaqla istənilən ssenariyə hazırdır.

Tezadlar.az xəbər verir ki, bu barədə İranın SNN telekanalı məlumat yayıb.

Səlaminin sözlərinə görə, “düşmən İranı hərbi zərbə ilə hədələyir”. “Biz istənilən ssenariyə hazırıq və bizim hərbi strategiyamız var”, – o vurğulayıb.

“Biz İran xalqının dəstəyinə əminik”, – SEPAH başçısı vurğulayıb. – “Biz cavab verməyə və düşməni peşman etməyə hazırıq”.

Səlaminin açıqlamaları İsrailin İrana hücuma hazırlaşdığı xəbərləri fonunda verilib.

Səlami onu da qeyd edib ki, İran sanksiya təzyiqləri, ölkəni təcrid etmək cəhdləri, eləcə də xarici qüvvələrin respublikada “siyasi və hərbi xaos” yaratmaq niyyətlərinin öhdəsindən gəlməyi bacarır. “İransız regionda heç bir problemi həll etmək mümkün deyil”, – İİKK rəhbəri deyib. -“İran ciddi təhlükələrin tam mərkəzindədir və İran xalqını müqavimətə çağırır”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!