Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyada təhsil alan MDB ölkələrinin hərbi qulluqçuları miqrasiya tələblərindən azad ediliblər
Tezadlar.az xəbər verir ki, Rusiyada təhsil alan MDB ölkələrinin hərbi qulluqçuları miqrasiya tələblərindən azad ediliblər. Müvafiq sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb.
Sənəddə qeyd olunur ki, 2027-ci ilin sonunadək Müstəqil Dövlətlər Birliyinin Rusiyada təhsil alan hərbi qulluqçuları, habelə onların ailə üzvləri əcnəbilərin qeydiyyatı ilə bağlı məcburi tədbirlərdən azaddırlar.
Sərəncamın mətnindən (publication.pravo.gov.ru) belə məlum olur ki, onların hamısı ailələri ilə birlikdə “məcburi dövlət barmaq izi qeydiyyatı, fotoşəkil çəkilişi və tibbi müayinədən keçmədən” Rusiya Federasiyasında yaşaya bilərlər.
Sənədin icrasını RF Daxili İşlər Nazirliyi Müdafiə Nazirliyi ilə birgə təmin edəcək.
JASMİN