Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 İyun 2025 / 11:34

İsrailin İranın nüvə obyektinə endirdiyi zərbələrin videosu ortaya çıxıb

İsrail İranın Natanzdakı uranın zənginləşdirilməsi üzrə əsas obyektini vurub.

Tezadlar.az xəbər verir ki, obyektdəki partlayışların videosunu RT Telegram kanalı yayıb.

Görünür, görüntülər obyektə gedən yoldan hadisə şahidləri tərəfindən lentə alınıb. Üfüqdə göyə yüksələn nəhəng tüstü, həmçinin yeni güclü partlayışların parıltısı görünür.

Natanzdakı nüvə obyekti iyunun 13-də səhər saatlarında İrana hücum edən İsrail ordusunun hədəflərindən biri olub. Respublikaya edilən reyddə 200-dən çox İMQ təyyarəsi iştirak edib.

Beynəlxalq Atom Enerjisi Agentliyi İsrailin Natanza zərbə endirdiyini təsdiqləyib. Agentlik əlavə edib ki, onlar vəziyyəti izləyirlər.

İsrailin hücumunda İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri Hüseyn Səlami, İran Baş Qərargahının rəisi və ölkənin aparıcı iranlı nüvə alimləri də həlak olub.

Bundan başqa, İranın Təbriz şəhərindəki ən böyük neft emalı zavoduna da ziyan dəyib.

Buna cavab olaraq İran artıq İsrail ərazisinə 100-dən çox pilotsuz təyyarə göndərib.

E.ŞİRİNOV  

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!