Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 İyun 2025 / 12:03

Tehran: İsrailin İrana hücumu mülki vətəndaşların və uşaqların ölümünə səbəb olub

İsrailin bir gecədə İrana hücumu nəticəsində aralarında uşaqların da olduğu dinc sakinlər həlak olub.

Tezadlar.az bildirir ki, bu barədə İslam Respublikasının daxili işlər naziri İskəndər Momeni məlumat verib.

“Bir sıra hərbi rəhbərlərin və nüvə alimlərinin, həmçinin mülki şəxslərin, o cümlədən uşaqların şəhid olması ilə əlaqədar İran xalqına başsağlığı verirəm. Biz bu qorxaq və qeyri-insani cinayəti qətiyyətlə pisləyirik. Şübhə yoxdur ki, günahkarlar ağır cəza ilə üzləşəcəklər”, – o, dövlət televiziya və radio şirkətinin efirində deyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!