Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün İran Xarici İşlər Nazirliyi ABŞ-ı İranın suverenliyinə qarşı təhlükəli müharibə başlatmaqda ittiham edib. Tezadlar.az İRNA agentliyinə istinadla xəbər verir ki, nazirliyin bəyanatında bildirilir ki, dünya unutmamalıdır ki, məhz Birləşmiş Ştatlar cari diplomatik səylərə baxmayaraq, diplomatiyaya xəyanət edərək, qanunsuz və soyqırım törədən İsrail rejimini münaqişəni alovlandırmağa təşviq edib. Bəyanatda qeyd olunur ki, Təhlükəsizlik Şurasının daimi üzvü olan rejim həm qanunu, həm də mənəvi prinsipləri pozur, heç bir cinayətdən və beynəlxalq normaların pozulmasından çəkinmir. İran Xarici İşlər Nazirliyi ABŞ-ı BMT Nizamnaməsinin və beynəlxalq hüququn əsas prinsiplərinin kobud və misilsiz şəkildə pozulmasında günahlandırıb. Bəyanatda deyilir: “ABŞ-ın BMT üzvü olan dövlətin ərazi bütövlüyünə və milli suverenliyinə qarşı həyata keçirdiyi hərbi təcavüz, soyqırımçı sionist rejimi ilə cinayətkar əməkdaşlıq nəticəsində, bir daha ABŞ xarici siyasətinin qəddarlığını, mənəviyyatsızlığını və İran xalqına qarşı dərin düşmənçiliyini təsdiqləyir. İran İslam Respublikası ABŞ-ın hərbi təcavüzündən və bu vicdansız rejimin törətdiyi cinayətlərdən özünü tam gücü ilə müdafiə etmək hüququnu saxlayır.”
Beləliklə, ötən gecə ABŞ ordusu İranın Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən üç əsas nüvə obyektinə hava zərbələri endirib. Hücum zamanı B-2 tipli strateji bombardmançı təyyarələrdən atılan GBU-57 bunker əleyhinə bombalar və sualtı qayıqlardan buraxılan Tomahawk tipli qanadlı raketlərdən istifadə olunub.