Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 İyun 2025 / 12:16

Putin iyunun 23-də Trampla danışmağı planlaşdırmır

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında bu gün telefon danışığı planlaşdırılmır.

Tezadlar.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya liderinin köməkçisi Yuri Uşakov deyib.

“Xeyr”, – o, müvafiq suala cavab verib.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ən yüksək səviyyədə Rusiya-Amerika danışıqları planlaşdırılmasa da, lazım gələrsə, onlar tezliklə razılaşdırıla bilər.

Putinlə Tramp arasında ilin əvvəlindən bəri beşinci və bir ay ərzində üçüncü telefon danışığı iyunun 14-də baş tutub. Söhbət Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə, hətta Amerikanın İrana zərbələrindən əvvəl baş verib. İki prezident arasında əvvəlki söhbətlər əsasən ikitərəfli münasibətlərin normallaşdırılması mövzusu və Ukrayna böhranının həlli aspektləri ətrafında olub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!