Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 İyun 2025 / 12:28

İran parlamenti AEBA ilə əməkdaşlığı dayandıracaq

İran parlamenti Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığın dayandırılması ilə bağlı qanun layihəsi hazırlayır.

Tezadlar.az bildirir ki, bu barədə İslam Respublikası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf məlumat verib.

“Biz parlamentdə İranın AEBA ilə əməkdaşlığını dayandıran qanun layihəsini qəbul etməyi planlaşdırırıq”, – Qalibaf deyib.

Qalibaf çıxışında AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə və siyasi alətə çevrilməkdə ittiham edib.

AEBA rəhbəri Qrossi nüvə obyektlərinin təhlükəsizliyini müzakirə etmək üçün İrana təcili səfər etməyi təklif edib. O, bu barədə iyunun 22-də BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!