Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bölgədə artan gərginlik fonunda İsrail İrandan raket hücumu ilə əlaqədar bir neçə rayonunda hava həyəcanı elan edilib. Reuters və digər agentliklər həm İrandan, həm də İsraildən olan hava hücumlarını gecə boyu canlı göstərib. Tezadlar.az xəbər verir ki, müvafiq məlumat ordunun mətbuat xidmətinin teleqram kanalında yerləşdirilib. Məlum olur ki, bir müddət əvvəl İrandan İsrailə doğru buraxılmış raketlərin aşkarlanmasından sonra İsrailin bir neçə rayonunda sirenalar səsləndi. Hazırda İsrail Hərbi Hava Qüvvələri təhlükəni aradan qaldırmaq üçün zərərsizləşdirmə və lazım olan yerlərdə zərbələr endirmək tədbirləri görür. Əhaliyə sığınacaqlarda gizlənmək tapşırılıb. Maraqlıdır ki, İran XİN rəhbəri Abbas Araxçının Terkiyə və Rusiyaya səfərləri də hələki heç bir bəhrə vermir.
A.Məmmədli