Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyun 2025 / 13:15

Kreml İranın nüvə proqramına dəyən zərəri qiymətləndirməyib

ABŞ və İsrailin zərbələri nəticəsində İranın nüvə proqramına dəyən zərərdən danışmaq hələ tezdir.

Tezadlar.az xəbər verir ki, müvafiq bəyanatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bir sıra kanallar vasitəsilə bu mövzu ilə bağlı müəyyən məlumatlar gəlir.

“İndiyə qədər çox az vaxt keçib. Təbii ki, zərərin nə qədər ciddi olduğunu anlamaq üçün yerdəki vəziyyət hələ də təhlil edilməlidir”, – Peskov qeyd edib.

O əlavə edib ki, hazırda zərərin miqyası ilə bağlı dəqiq anlayışı yoxdur.

Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ prezidenti Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İsfahan, Natanz və Fordodakı üç nüvə obyektinə hücum etdiyini açıqlayıb.

E.ŞİRİNOV  

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!