Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyun 2025 / 13:58

Putin Bəhreyn kralı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Rusiya prezidenti Vladimir Putin Bəhreyn kralı Həməd bin İsa Əl-Xəlifə ilə telefonla danışıb.

Tezadlar.az xəbər verir ki, Kremlin mətbuat xidmətindən verilən məlumata görə, liderlər Bəhreynin qonaq ölkə kimi iştirak etdiyi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun yekunları ilə bağlı fikir mübadiləsi aparıblar. Putin ölkənin milli təhlükəsizlik üzrə müşaviri Naser bin Həməd Əl Xəlifənin başçılıq etdiyi Bəhreyn nümayəndə heyətinin fəal işini qeyd edib.

Vladimir Putin və Bəhreyn kralı Yaxın Şərqdəki vəziyyəti müzakirə edib və orada sülh və sabitliyin tezliklə bərpa olunmasının tərəfdarı olduqlarını bildiriblər. Oktyabrda Moskvada birinci Rusiya-ərəb sammitinin keçirilməsinin aktuallığı təsdiqlənib.

Kremlin mətbuat xidmətindən bildirilib ki, liderlər həmçinin ticarət-iqtisadi, maliyyə, investisiya və mədəni-humanitar sahələrdə qarşılıqlı faydalı Rusiya-Bəhreyn əməkdaşlığının inkişafına sadiq olduqlarını təsdiqləyiblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!