Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 İyun 2025 / 10:19

Tramp Ərdoğanla dünyanın bu əsas problemlərini çözüb

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində ABŞ Prezidenti Donald Trampla görüşüb. Tezadlar.az CNN-Türk-ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Bəyanatda bildirilir ki, görüş zamanı Türkiyə-ABŞ münasibətləri, regional və qlobal məsələlər müzakirə olunub. Prezident Ərdoğan ABŞ Prezidentinin səyləri nəticəsində İranla İsrail arasında əldə edilən atəşkəsi alqışlayıb və onun davamlı olmasını arzuladığını bildirib. O, həmçinin Qəzzada baş verən humanitar faciənin tezliklə dayandırılması və Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həll olunması üçün sıx dialoqun vacibliyini vurğulayıb. Məlumata görə, “hər iki lider NATO-nun çəkindirici gücünün möhkəmləndirilməsi istiqamətində tədbirlərin görülməsinin əhəmiyyətini qeyd ediblər”.

Bu görüş türkiyənin hazırda dünya problemlərinin çözülməsində söz sahibi olmasının göstəricisidir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!