Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran parlamentinin üzvləri İslam Respublikası ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (BAEA) arasında əməkdaşlığın müvəqqəti dayandırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyiblər.
Tezadlar.az xəbər verir ki, bunu İran parlamentinin Rəyasət Heyətinin nümayəndəsi Əlirza Səlimi deyib.
“İran İslam Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlığın dayandırılmasına dair qanun layihəsinin ümumi konturları və təfərrüatları Məclisdə təsdiqlənib. Parlamentin qərarına əsasən, ölkənin nüvə obyektlərinin təhlükəsizliyinə və dinc nüvə fəaliyyətlərinin təhlükəsizliyinə təminat verilməyənə qədər agentliyin əməkdaşlarının yoxlamalar aparmaq üçün ölkəyə daxil olmaq hüququ yoxdur və bu, Milli Təhlükəsizlik Şurasının da tətbiqinə tabedir”, – deputat İSNA-ya bildirib.
E.ŞİRİNOV