Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədovla növbəti dəfə görüşüb.
Tezadlar.az xəbər verir ki, görüşdə mentorluq proqramı çərçivəsində görülmüş işlərə nəzər salınıb, bu sahədə Şahlar Məmmədovun qazandığı yeni biliklər, növbəti addımlar və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədovun mentorudur.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
RÖVŞANƏ