Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 İyun 2025 / 14:09

“ABŞ-ın İranın nüvə obyektlərinə zərbələri həlledici idi”

“ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi son hava zərbələri İranın nüvə potensialının məhv edilməsi məqsədilə atılan həlledici addım idi”. Tezadlar.az CNN-ə istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte jurnalistlərə açıqlamasında deyib. “Düşünürəm ki, İranın nüvə obyektlərinə atılan 14 nəhəng bomba, iranlıların nüvə potensialının sıradan çıxarılması üçün mümkün olan hər şeyin edildiyini göstərdi. NATO hər zaman bəyan edirdi ki, İranın nüvə silahına çıxışı olmamalıdır”, – deyə Mark Rutte qeyd edib.

Qeyd: mediada yayılan məlumatlara əsasən, ABŞ kəşfiyyatının ilkin qiymətləndirməsinə görə, ötən həftəsonu ABŞ-ın İranın üç əsas nüvə obyektinə endirdiyi zərbələr ölkənin nüvə proqramının əsas komponentlərini tamamilə məhv etməyib və bu proqramı cəmi bir neçə ay geriyə atıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!