Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 İyun 2025 / 09:25

Bir gecədə 50 Ukrayna pilotsuz təyyarəsi vurulub

Pilotsuz təyyarələr səkkiz bölgədə ələ keçirilib

Rusiya hava hücumundan müdafiə qüvvələri iyunun 26-na keçən gecə Ukraynanın 50 pilotsuz təyyarəsini məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“50 Ukrayna təyyarə tipli pilotsuz uçuş aparatı tutularaq məhv edilib”, – Müdafiə Nazirliyi bildirib.

Belə ki, Kursk vilayətində 23, Rostov vilayətində 11, Bryansk vilayətində 6, Belqorod vilayətində 3, Moskva vilayətində isə 3 pilotsuz təyyarə vurulub.

Bundan əlavə, Krım üzərində iki, Mordoviya və Kaluqa vilayəti üzərində isə bir pilotsuz təyyarə ələ keçirilib.

PUA-lar növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib.

Xatırladaq ki, iyunun 26-na keçən gecə Moskva meri Sergey Sobyanin paytaxta doğru uçan iki pilotsuz təyyarənin məhv edilməsi barədə məlumat vermişdi.

İkinci pilotsuz təyyarənin vurulması xəbəri birincinin xəbərindən cəmi altı dəqiqə sonra ortaya çıxıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!