Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa İttifaqı (Aİ) ölkələri İran ətrafında gərginliyi azaltmaq və nüvə probleminin uzunmüddətli həllini tapmaq üçün diplomatik səylərdə iştirak etməyə hazır olduqlarını təsdiqləyiblər.
Tezadlar.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəsmi saytında dərc olunmuş sammitin yekun sənədində deyilir.
“Aİ gərginliyin azaldılması və İranın nüvə probleminin yalnız danışıqlar yolu ilə əldə oluna bilən davamlı həllinə nail olmaq üçün bütün diplomatik səylərə töhfə verməyə davam edəcək”, – sənəddə deyilir.
Avropa Şurası həmçinin münaqişənin bütün tərəflərini beynəlxalq hüquq normalarına riayət etməyə və təmkinli olmağa çağırıb.
Xatırladaq ki, iyunun 24-də İsrail və İran arasında atəşkəs elan edilib. ABŞ prezidenti Donald Tramp münaqişə tərəflərinin 24 saatdan sonra “12 günlük müharibənin rəsmi sonu”na çevrilməli olan atəşkəs bağlamaq barədə razılığa gəldiyini açıqlayıb.
E.ŞİRİNOV